Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın yaydığı məlumata görə, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda "Zirə" bu gün Estoniyanın "Payde" komandası ilə qarşılaşacaq.
Görüş Sumqayıt şəhər stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Azərbaycan təmsilçisi ilk oyunda səfərdə minimal hesabla (0:1) məğlub olduğundan növbəti mərhələyə yüksəlmək üçün doğma meydanda üstün nəticə əldə etməyə çalışacaq.
Bu cütün qalibi UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Andorranın "Santa Koloma" və Avstriyanın "Rapid" komandaları arasında qalib gələcək kollektivlə üz-üzə gələcək.