Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın yaydığı məlumata əsasən, UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda Azərbaycanın "Qarabağ" klubu doğma meydanda Bolqarıstan təmsilçisi "MOİK Sofiya" ilə üz-üzə gəlib.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmada tərəflər hesabı aça bilməyiblər və görüş qolsuz bərabərliklə yekunlaşıb.
Beləliklə, cütün taleyi iyulun 30-da Bolqarıstanda keçiriləcək cavab matçında müəyyənləşəcək. Həmin görüşün qalibi UEFA Avropa Liqasının növbəti təsnifat mərhələsinə yüksələcək.