Xəbər
Xeberhub.com Oxu.Az-a istinadən xəbər verir ki, İspaniyanın nəhəng klubu "Barselona" Belçikanın "Brügge" komandasının 18 yaşlı futbolçusu Cesse Bisivunun transferi ilə bağlı razılığa gəlib.
Məlumata görə, tərəflər arasında anlaşma artıq əldə olunub və klublar keçidin rəsmiləşdirilməsi üçün növbəti mərhələyə keçiblər. Hazırda tibbi müayinənin təşkili ilə bağlı sənədlərin mübadiləsi aparılır.
Transfer xəbəri tanınmış idman jurnalisti və insayder Fabritsio Romano tərəfindən də təsdiqlənib. Onun məlumatına əsasən, "Barselona" gənc futbolçu üçün "Brügge"yə 8,5 milyon avro ödəyəcək.
Razılaşmaya əsasən, belçikalı oyunçunun gələcək satışından "Brügge" klubuna 20 faiz pay veriləcək. Cesse Bisivu yaxın günlərdə tibbi yoxlamadan keçmək üçün Barselonaya yollanacaq.