SON DƏQİQƏ Səbaildəki binada baş verən yanğın tam söndürüldü
İqtisadiyyat

Fridrix Merts: Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması barədə razılığa gəldik

👤 📅 👁 9 baxış ⏱ 2 dəq oxuma
Fridrix Merts: Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması barədə razılığa gəldik

Xeberhub.com AZƏRTAC-a istinadən xəbər verir ki, Almaniyanın Federal Kansleri Fridrix Merts Prezident İlham Əliyevlə keçirilən birgə mətbuat konfransında Azərbaycan və Almaniya arasında əməkdaşlığın inkişafı istiqamətində yeni addımların atıldığını açıqlayıb.

Federal Kansler bildirib ki, imzalanan Birgə Bəyannamə iki ölkə arasındakı münasibətlərin daha da genişləndirilməsi üçün mühüm hüquqi və siyasi baza formalaşdırır. Onun sözlərinə görə, tərəflər eyni zamanda Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması barədə də razılıq əldə ediblər.

Fridrix Merts vurğulayıb ki, bu qərarlar hər iki dövlət üçün mühüm mesaj xarakteri daşıyır və Almaniyanın Azərbaycanla əməkdaşlığın inkişafına verdiyi önəmi nümayiş etdirir.

Kansler həmçinin qeyd edib ki, Yaxın Şərqdə davam edən gərgin geosiyasi vəziyyət fonunda enerji sahəsində tərəfdaşlıq xüsusi əhəmiyyət kəsb edir. O bildirib ki, neft və Cənub Qaz Dəhlizi vasitəsilə təbii qaz tədarükü istiqamətində əməkdaşlıq hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır.


A

Oxşar Xəbərlər