Xeberhub.com AZƏRTAC-a istinadən xəbər verir ki, Almaniyanın Federal Kansleri Fridrix Merts Prezident İlham Əliyevlə keçirilən birgə mətbuat konfransında Azərbaycan ilə Almaniya arasında münasibətlərin uğurla inkişaf etdiyini bildirib.
Federal Kansler çıxışı zamanı iki ölkə arasındakı əməkdaşlığın dinamik xarakter daşıdığını vurğulayaraq, əlaqələrin müxtəlif istiqamətlər üzrə genişləndiyini qeyd edib.
Fridrix Merts bildirib ki, regionda daha güclü sabitliyin təmin olunması Almaniya ilə Azərbaycanın iqtisadi əməkdaşlığının genişlənməsi üçün yeni imkanlar yaradır. Onun sözlərinə görə, mövcud müsbət dinamika gələcəkdə ikitərəfli münasibətlərin daha da inkişafına töhfə verə bilər.