SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

Prezidentdən dövlət qurumları və təhsil sahəsi ilə bağlı mühüm fərmanlar

👤 📅 👁 10 baxış ⏱ 2 dəq oxuma
Prezidentdən dövlət qurumları və təhsil sahəsi ilə bağlı mühüm fərmanlar

Xeberhub.com Axar.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bir sıra dövlət qurumlarının fəaliyyəti və ümumi təhsil sahəsi ilə bağlı fərmanlar imzalayıb.

Dövlət başçısının imzaladığı sənədlərdən birinə əsasən, "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi""Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi" publik hüquqi şəxslərinin yenidən təşkili ilə əlaqədar Prezidentin əvvəlki illərdə imzaladığı bir sıra fərmanlara dəyişiklik edilib.

Dəyişikliklər çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili MərkəziSosial Tədqiqatlar Mərkəzi ilə bağlı bəzi fərmanların ayrı-ayrı müddəaları ləğv olunub. Həmçinin dövlət büdcəsindən ayrılan vəsait hesabına ƏDV-dən azad edilən publik hüquqi şəxslərin siyahısında dəyişiklik edilərək "Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi" adı təsbit olunub.

Prezident eyni zamanda "Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi" publik hüquqi şəxsin Nizamnaməsini də təsdiqləyib və Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələlərin icrası tapşırılıb.

Bundan başqa, İlham Əliyev "Ümumi təhsil haqqında" Qanuna edilən dəyişikliklərin tətbiqi ilə bağlı yeni fərman da imzalayıb.

Fərmana əsasən, dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyim qaydaları ilə bağlı səlahiyyətlər Prezident tərəfindən həyata keçiriləcək, həmin qaydaların hazırlanması və təsdiqi isə Nazirlər Kabinetinə həvalə olunub.

Nazirlər Kabinetinə iki ay müddətində müəllimlərin geyim tələblərinin təsdiqlənməsi, şagird geyim formaları ilə bağlı mövcud qərarın təkmilləşdirilməsi və qanundan irəli gələn digər məsələlərin həlli tapşırılıb.

A

Oxşar Xəbərlər