Xeberhub.com Axar.az-a istinadən xəbər verir ki, İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Həsən Qaşqavi ABŞ Prezidenti Donald Trampın İranın danışıqlar aparmaq istədiyi barədə səsləndirdiyi fikirləri təkzib edib.
Həsən Qaşqavi bildirib ki, Trampın İranın ABŞ ilə danışıqlara can atdığına dair iddiaları həqiqəti əks etdirmir və tamamilə əsassızdır.
Onun sözlərinə görə, ABŞ prezidentinin bu mövzuda verdiyi açıqlamaların əsas məqsədi qlobal neft qiymətlərinə təsir göstərmək və onları aşağı salmaqdır.
"Trampın təkrarlanan açıqlamaları artıq bazarlarda qısamüddətli sabitlik yaratmağa belə kifayət etmir", - deyə İran rəsmisi vurğulayıb.
Xatırladaq ki, Donald Tramp daha əvvəl İranın ABŞ ilə yenidən danışıqlara başlamaqda maraqlı olduğunu bəyan etmişdi.