Ceyhun Bayramov 16-17 iyul tarixlərində Rusiyaya səfər edəcək
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya rəsmi səfər edəcək.
Məlumata görə, səfər çərçivəsində Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüş keçirəcək. Tərəflərin ikitərəfli münasibətlər, regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edəcəyi gözlənilir.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova səfəri təsdiqləyərək bildirib ki, danışıqlar 16-17 iyul tarixlərində baş tutacaq.
Şərhlər (0)
Şərh yazın