ABŞ Prezidenti Donald Tramp Rusiyanın Ukraynadakı münaqişənin həlli üçün yaxın vaxtlarda sülh sazişi bağlamağa hazır olduğunu bildirib.
Tramp bu barədə Fox News telekanalına müsahibəsində danışıb. O, prezidentlik müddəti başa çatana qədər Ukraynadakı münaqişənin sona çatacağına inandığını ifadə edib.
“İnanıram ki, prezidentlik müddətim bitənə qədər Ukraynadakı münaqişə bitəcək. Düşünürdüm ki, bu, daha asan həll olunacaq, çünki hər iki liderlə yaxşı münasibətlərim var”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti münaqişənin diplomatik yollarla həllinin mümkün olduğunu vurğulasa da, sülh prosesinin detalları ilə bağlı əlavə məlumat verməyib.
Qeyd edək ki, Donald Trampın hazırkı prezidentlik müddətinin 2029-cu ildə başa çatması nəzərdə tutulur.