Yaxın Şərqdə gərginlik fonunda neft bahalaşıb
Xeberhub.com xəbər verir ki, “İnterfaks” agentliyinin məlumatına görə, Yaxın Şərqdə münaqişənin yenidən kəskinləşməsi fonunda dünya bazarlarında neftin qiyməti yüksəlib.
Bakı vaxtı ilə saat 09:17-də Londonun ICE birjasında sentyabr ayı üçün “Brent” markalı neft üzrə fyuçerslərin qiyməti 2,09 dollar və ya 2,37 faiz artaraq bir barel üçün 90,19 dollara çatıb.
Ötən ticarət sessiyasında da “Brent” neftinin qiymətində artım qeydə alınıb. Həmin vaxt neftin bir barelinin qiyməti 3,87 dollar və ya 4,59 faiz yüksələrək 88,10 dollar təşkil edib.
Nyu-York Ticarət Birjasında (NYMEX) avqust ayı üçün WTI markalı xam neft fyuçersləri də bahalaşıb. Bu markalı neftin qiyməti 1,76 dollar və ya 2,13 faiz artaraq bir barel üçün 84,25 dollara yüksəlib.
Əvvəlki sessiyada isə WTI neftinin qiyməti 3,54 dollar və ya 4,48 faiz artaraq 82,49 dollar səviyyəsində olub.