SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

Rusiya Kiyevə ballistik raketlərlə hücum etdi

👤 📅 👁 9 baxış ⏱ 2 dəq oxuma
Rusiya Kiyevə ballistik raketlərlə hücum etdi

Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevə ballistik raketlərlə hücum edib.

Xeberhub.com xəbər verir ki, UNIAN-ın yaydığı məlumata görə, hava həyəcanı elan olunduqdan sonra Ukrayna Hərbi Hava Qüvvələri paytaxt istiqamətində bir neçə yüksəksürətli raketin hərəkət etdiyini açıqlayıb.

Qısa müddət sonra Kiyevin müxtəlif ərazilərində güclü partlayış səsləri eşidilib.

Kiyev meri Vitali Kliçko hücum faktını təsdiqləyərək şəhər sakinlərini təhlükəsizlik qaydalarına əməl etməyə və sığınacaqları tərk etməməyə çağırıb.

"Şəhərdə partlayışlar baş verir. Paytaxtda hava hücumundan müdafiə qüvvələri fəaliyyət göstərir. Sığınacaqlarda qalın", – deyə Kliçko bildirib.

Monitorinq qruplarının məlumatına əsasən, Rusiya qüvvələri Kiyev istiqamətində, o cümlədən "Sirkon" hipersəs raketləri də daxil olmaqla ən azı 10 ballistik raket buraxıb.

Hücumun nəticələri və mümkün dağıntılar barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

A

Oxşar Xəbərlər