SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

Bakıda çimərlikdə oğurluq edən iki nəfər saxlanıldı

👤 📅 👁 3 baxış ⏱ 1 dəq oxuma
Bakıda çimərlikdə oğurluq edən iki nəfər saxlanıldı

Paytaxtın Səbail rayonu ərazisində yerləşən çimərliklərdən birində qeydə alınan oğurluq hadisəsi ilə bağlı polis iki şübhəli şəxsi saxlayıb.

Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın yaydığı məlumata görə, zərərçəkən hüquq-mühafizə orqanlarına müraciət edərək mobil telefon, zinət əşyaları, nağd pul və digər şəxsi əşyalarının olduğu çantasının oğurlandığını bildirib.

Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən C.ŞirinliA.Şahverdiyev müəyyən edilərək saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, şübhəlilər zərərçəkənin dənizdə olduğu vaxt sahildə nəzarətsiz qalan çantanı oğurlayıblar.

Faktla bağlı araşdırma davam etdirilir.

A

Oxşar Xəbərlər