ABŞ-nin İran ərazisinə endirdiyi raket zərbəsi nəticəsində Gilan əyalətinin Zibakənar bölgəsində yerləşən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi-dəniz bazasının bir hissəsinə ziyan dəyib.
Xeberhub.com xəbər verir ki, "Azad İran" Teleqram kanalının yaydığı məlumata görə, bu barədə Gilan əyalətinin başçısının siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Əli Baqiri açıqlama verib.
Bildirilib ki, hücum yerli vaxtla saat 07:30 radələrində baş verib. Raket zərbəsi nəticəsində hərbi bazada yerləşən bəzi texnika və avadanlıqlar zədələnib.
Əli Baqirinin sözlərinə görə, ilkin qiymətləndirmələr hadisə zamanı insan tələfatının olmadığını göstərir.
Hazırda insidentlə bağlı araşdırmalar davam etdirilir.