SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

Azərbaycan–Almaniya Biznes Şurası əməkdaşlıqda yeni mərhələnin əsasını qoyur

👤 📅 👁 6 baxış ⏱ 2 dəq oxuma
Azərbaycan–Almaniya Biznes Şurası əməkdaşlıqda yeni mərhələnin əsasını qoyur

Xeberhub.com xəbər verir ki, Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə yanaşı, strateji tərəfdaşlığın daha institusional əsaslarla inkişaf etdirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.

Bildirilir ki, bu təşəbbüs Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfərinin diqqətçəkən nəticələrindən biri hesab olunur. Yeni platforma dövlət qurumları ilə özəl sektor arasında sistemli əməkdaşlıq mexanizminin formalaşdırılmasına, uzunmüddətli biznes əlaqələrinin qurulmasına və qarşılıqlı investisiyaların təşviqinə xidmət edəcək.

Ekspertlərin fikrincə, Almaniya kimi Avropanın aparıcı iqtisadi gücü ilə əməkdaşlığın yeni mərhələyə keçməsi Azərbaycanın Avropa ilə iqtisadi inteqrasiyasını daha da gücləndirə bilər. Eyni zamanda, ölkənin beynəlxalq tranzit qovşağı kimi artan rolu Avropa şirkətləri üçün yeni imkanlar yaradır.

Qeyd olunur ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yaşıl enerji layihələri Almaniyanın texnoloji potensialı ilə birgə əməkdaşlıq üçün əlverişli zəmin formalaşdırır. Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi siyasəti, qeyri-neft sektorunun inkişafı və innovativ layihələrə üstünlük verməsi də bu istiqamətdə əməkdaşlıq imkanlarını genişləndirir.

Bundan başqa, Azərbaycanın Orta Dəhliz, Şərq-QərbŞimal-Cənub beynəlxalq nəqliyyat marşrutlarında oynadığı mühüm rol, eləcə də sənaye parkları, azad iqtisadi zonalar və rəqəmsal iqtisadiyyat layihələri Avropa investorlarının marağını artıran əsas amillər sırasında göstərilir.

Mütəxəssislər hesab edirlər ki, Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması təkcə iqtisadi əlaqələrin inkişafına deyil, həm də iki ölkə arasında siyasi və strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcək.

A

Oxşar Xəbərlər