Xeberhub.com xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahına yeni rəis təyin edib.
Prezidentin "Telegram" kanalında paylaşdığı məlumata əsasən, bu vəzifə general-mayor İqor Skibyuka həvalə olunub.
Bildirilib ki, İqor Skibyuk yeni Baş komandan Mixail Drapatı ilə birlikdə döyüşlərdə iştirak edib və zəngin hərbi təcrübəyə malikdir.
Qeyd edək ki, İqor Skibyuk bu təyinata qədər Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı rəisinin müavini vəzifəsində çalışırdı.