Belçikada NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanlığının (SHAPE) qərargahında çalışan çinəsilli Kanada vətəndaşı casusluq şübhəsi ilə saxlanılıb.
XeberHub.com xəbər verir ki, RTBF-nin yaydığı məlumata görə, qadın üçüncü ölkənin xeyrinə casusluq fəaliyyəti göstərməkdə və cinayətkar təşkilatda iştirak etməkdə şübhəli bilinir.
Məlumata əsasən, saxlanılan şəxs SHAPE qərargahında təcrübəçi kimi fəaliyyət göstərib. Lakin onun konkret vəzifəsi və hansı istiqamətdə çalışdığı barədə məlumat açıqlanmayıb.
Hadisə ilə bağlı Belçika Federal Prokurorluğu dərhal məlumatlandırılıb. İstintaqın aparılması Şarlerua şəhərinin Federal Məhkəmə Polisinə həvalə edilib.
Fakt üzrə casusluq və cinayətkar təşkilatda iştirak maddələri ilə cinayət işi başlanıb. İstintaq çərçivəsində şübhəlinin yaşadığı ünvanda və iş yerində axtarışlar aparılıb.