Qax şəhərində baş verən mübahisə bıçaqlanma hadisəsi ilə nəticələnib.
XeberHub.com xəbər verir ki, əldə olunan məlumata görə, hadisə rayonun şəhər ərazisində qeydə alınıb.
İlkin məlumata əsasən, 36 yaşlı Əmrah Yaqubov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı 40 yaşlı Elnur Qadaşova kəsici alətlə xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Əmrah Yaqubov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.