SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Digər

Ağdamdakı minalanmış ərazidə yanğının söndürülməsinə əlavə qüvvələr göndərildi

👤 📅 👁 7 baxış ⏱ 2 dəq oxuma
Ağdamdakı minalanmış ərazidə yanğının söndürülməsinə əlavə qüvvələr göndərildi

Ağdam rayonunda minalanmış ərazidə baş verən yanğının söndürülməsi istiqamətində əməliyyatlar davam edir, hadisə yerinə əlavə qüvvə və texnika cəlb olunub.

XeberHub.com xəbər verir ki, "Qafqazinfo"nun AZƏRTAC-a istinadən yaydığı məlumata görə, yanğın bu gün günorta saatlarında rayonun Papravənd kəndi ərazisində yerləşən minalanmış sahədə başlayıb.

Alovun geniş əraziyə yayılması səbəbindən Fövqəladə Hallar Nazirliyinin Ağdam, Bərdə, Tərtər və Ağdərə rayonlarının Dövlət Yanğından Mühafizə bölmələrinin texnikası və 50 nəfərə yaxın şəxsi heyəti söndürmə işlərinə cəlb edilib.

Məlumata əsasən, yanğın zamanı alovun Papravənd kənd qəbiristanlığına keçməsinin qarşısı alınıb və ərazi mühafizə olunub.

Bundan əvvəl Papravənd və Maqsudlu kəndləri istiqamətində açıq ərazidə başlayan yanğının söndürülməsi üçün Ağdam, Tərtər və Ağdərə yanğından mühafizə hissələrinin qüvvə və texnikaları hadisə yerinə göndərilmişdi.

Ərazinin bir hissəsinin minalanmış olması yanğının söndürülməsi əməliyyatlarını çətinləşdirir. Hazırda yanğının tam nəzarətə götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

A

Oxşar Xəbərlər

Şərhlər (0)

Şərh yazın