SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Digər

Xocavənddə açıq ərazidə yanğın başladı

👤 📅 👁 6 baxış ⏱ 1 dəq oxuma
Xocavənddə açıq ərazidə yanğın başladı

Xəbər

Xeberhub.com AZƏRTAC-a istinadən xəbər verir ki, Xocavənd rayonunda açıq ərazidə yanğın baş verib.

Məlumata görə, hadisə barədə məlumat daxil olduqdan dərhal sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib və yanğının söndürülməsi istiqamətində əməliyyata başlanılıb.

Bildirilib ki, yanğının baş verdiyi ərazinin minalanmış olması yanğınsöndürmə işlərinin aparılmasını çətinləşdirən əsas amillərdən biridir.

Hazırda yanğının lokallaşdırılması və tam söndürülməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

A

Oxşar Xəbərlər

Şərhlər (0)

Şərh yazın