SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Digər

FHN-dən əhaliyə vacib xəbərdarlıq

👤 📅 👁 8 baxış ⏱ 2 dəq oxuma
FHN-dən əhaliyə vacib xəbərdarlıq

Xeberhub.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) yaxın günlərdə gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

Nazirlik bildirib ki, Milli Hidrometeorologiya Xidmətinin proqnozuna əsasən, ölkənin bəzi bölgələrində intensiv yağışlar yağacaq, dağ çaylarında qısamüddətli sel hadisələri müşahidə olunacaq, şimşək çaxacaq və küləyin sürəti vaxtaşırı güclənəcək.

FHN vətəndaşlara sel və daşqın təhlükəsi olan ərazilərdən uzaq durmağı, belə vəziyyətlə qarşılaşdıqları halda isə dərhal təhlükəsiz və yüksək ərazilərə çəkilməyi tövsiyə edib.

Nazirlik küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırladaraq, kiçikhəcmli üzgüçülük vasitələrinin sahiblərinə də dənizə çıxmamağı tövsiyə edib.

Bundan başqa, güclü külək zamanı yüngül konstruksiyalı tikililərdən, reklam lövhələrindən, elektrik dirəklərindən, naqillərdən və hündür ağacların altından uzaq durmaq məsləhət görülür.

FHN həmçinin küləkli hava şəraitində yanğın təhlükəsinin artdığını vurğulayaraq, vətəndaşları yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırıb.

Müraciətdə ildırım zamanı elektrik cihazlarının şəbəkədən ayrılması, telefonlardan istifadə edilməməsi, açıq ərazilərdə elektrik xətləri, antenalar və hündür ağacların yaxınlığında dayanmamağın vacibliyi də qeyd olunub. Avtomobildə olan şəxslərə isə təhlükəsiz yerdə dayanaraq pəncərələri bağlamaq və ildırım təhlükəsi aradan qalxana qədər gözləmək tövsiyə edilib.


A

Oxşar Xəbərlər