Masallıda avtomobildən 9 kiloqram narkotik vasitə aşkarlanıb
Masallı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib.
Xeberhub.com xəbər verir ki, əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 45 yaşlı Rəfail İsayev saxlanılıb.
Bildirilib ki, saxlanılan şəxsin idarə etdiyi avtomobilə baxış zamanı ümumi çəkisi 9 kiloqram olan narkotik vasitə aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Rəfail İsayev barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə araşdırma davam etdirilir.