SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
Digər

Astara gömrüyündə bibər yükünün altından 25 kiloqram marixuana çıxdı

👤 📅 👁 9 baxış ⏱ 2 dəq oxuma
Astara gömrüyündə bibər yükünün altından 25 kiloqram marixuana çıxdı

Astara gömrüyündə bibər yükünün altından 25 kiloqramdan çox marixuana aşkarlandı

Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri zamanı külli miqdarda narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, “Astara” gömrük postunda İrandan Rusiyaya tranzit qaydada “bibər” yükü aparan nəqliyyat vasitəsi yoxlamaya cəlb olunub. Nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu və kinoloji xidmət itinin iştirakı ilə baxış keçirilib.

Yoxlama zamanı bibərlə dolu yeşiklərin alt hissəsində gizlədilən 55 ədəd dördbucaqlı formalı bağlama aşkarlanıb.

Bağlamaların üzərinin bibərlə örtüldüyü və narkotik vasitənin gömrük nəzarətindən gizlədilməsinə cəhd edildiyi müəyyənləşdirilib.

Aşkar edilən bağlamalardan ümumi xalis çəkisi 25 kiloqram 75 qram olan qurudulmuş marixuana götürülüb.

A

Oxşar Xəbərlər