SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Digər

Aqil Məlikov xəstəxanaya yerləşdirildi

👤 📅 👁 10 baxış ⏱ 2 dəq oxuma
Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Əməkdar incəsənət xadimi Aqil Məlikov xəstəxanaya yerləşdirilib

Xeberhub.com xəbər verir ki, Kult.az-ın yaydığı məlumata görə, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, tanınmış muğam bilicisi və xanəndə, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Aqil Məlikovun səhhətində ciddi problemlər yaranıb.

Məlumata əsasən, sənətkarın vəziyyəti ağır qiymətləndirilir və o, ürək əməliyyatı olunması üçün paytaxtdakı özəl klinikalardan birinə yerləşdirilib.

Bildirilir ki, Aqil Məlikov hazırda həkimlərin nəzarəti altında müalicə alır və onun üzərində zəruri tibbi prosedurlar həyata keçirilir. Yaxın günlərdə sənətkarın ürək əməliyyatı keçirəcəyi gözlənilir.

Qeyd edək ki, Aqil Məlikov Azərbaycan muğam sənətinin tanınmış nümayəndələrindən biridir. O, uzun illərdir Azərbaycan Milli Konservatoriyasında pedaqoji fəaliyyət göstərir və milli musiqi irsinin qorunması və təbliği istiqamətində mühüm xidmətləri ilə tanınır.

A

Oxşar Xəbərlər