SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Təbii fəlakət

Yaponiyada zəlzələ qurbanlarının sayı 34-ə çatdı

👤 📅 👁 5 baxış ⏱ 2 dəq oxuma
Yaponiyada zəlzələ qurbanlarının sayı 34-ə çatdı

Yaponiyada zəlzələ qurbanlarının sayı 34-ə yüksəlib

Xeberhub.com xəbər verir ki, NHK-nın yaydığı məlumata görə, Yaponiyanın Kumamoto prefekturasında baş verən güclü zəlzələ nəticəsində həyatını itirənlərin sayı 34 nəfərə çatıb.

Məlumata əsasən, bəzi şəxslərin ölümünün birbaşa zəlzələ ilə əlaqəli olub-olmadığı hələ də araşdırılır.

Bildirilib ki, təbii fəlakət nəticəsində çoxsaylı yaşayış məntəqələri elektrik enerjisi, su və qaz təchizatından məhrum olub. Bir sıra binalar dağılıb, körpülər və avtomobil yollarına ciddi ziyan dəyib.

Zəlzələnin fəsadlarının aradan qaldırılması üçün bölgəyə 4 600-ə yaxın hərbçi cəlb edilib. Hazırda Kumamoto prefekturasında 95 mindən çox ev və mənzil susuz qalıb. Qonşu Naqasaki prefekturasında isə su təchizatının tam bərpa olunduğu bildirilib.

Rəsmi məlumata görə, Kumamotoda 64 tibb müəssisəsinin su və elektrik təchizatı dayandırılıb. Evlərini tərk edən 14 mindən çox sakin məktəblərin idman zalları və digər müvəqqəti sığınacaqlarda yerləşdirilib.

Sinoptiklər bölgədə havanın temperaturunun 40 dərəcəyədək yüksələ biləcəyi barədə xəbərdarlıq ediblər. Kondisionersiz sığınacaqlarda qalan insanlar üçün isti hava əlavə risk yaradır.

Qeyd edək ki, iyulun 28-də Küsü adasında yerləşən Kumamoto prefekturası yaxınlığında 7,1 bal gücündə zəlzələ baş verib.

A

Oxşar Xəbərlər