Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın yaydığı məlumata görə, Peruda 5,3 bal gücündə zəlzələ baş verib.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına əsasən, yeraltı təkanların episentri təxminən 310 min nəfər əhalisi olan Pukalpa şəhərindən 49 kilometr şimal-şərqdə yerləşib.
Məlumata görə, zəlzələnin ocağı 152 kilometr dərinlikdə qeydə alınıb.
Hazırda təbii fəlakət nəticəsində dağıntılar və ya xəsarət alanlarla bağlı rəsmi məlumat açıqlanmayıb.