Xeberhub.com xəbər verir ki, AZƏRTAC-ın yaydığı məlumata görə, Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması ilə bağlı qərar qəbul edilib.
Prezident İlham Əliyev bu barədə Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclasında çıxışı zamanı məlumat verib.
Dövlət başçısı bildirib ki, Azərbaycan-Qırğız İnvestisiya Fondu fəaliyyətini uğurla davam etdirir. Onun sözlərinə görə, fondun maliyyə imkanlarının genişləndirilməsi barədə razılıq əldə olunub və artıq bir sıra layihələrin icrasına başlanılıb.
Prezident İlham Əliyev vurğulayıb ki, fond inkişaf etdikcə maliyyələşdirilən layihələrin sayı da artacaq. O qeyd edib ki, bu addım Azərbaycan və Qırğızıstanın ortaq iqtisadi məqsədlərinin həyata keçirilməsinə mühüm töhfə verəcək.