SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

Slovakiya Prezidenti Peter Pelleqrini "Sea Breeze"də olub

👤 📅 👁 7 baxış ⏱ 2 dəq oxuma
Slovakiya Prezidenti Peter Pelleqrini "Sea Breeze"də olub

Slovakiya Prezidenti Peter Pelleqrini "Sea Breeze" istirahət mərkəzində olub

İyulun 15-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Xəzər dənizinin sahilində yerləşən "Sea Breeze" istirahət mərkəzini ziyarət edib.

Səfər çərçivəsində "Sea Breeze"in təsisçisi Emin Ağalarov Slovakiya dövlətinin başçısına kurort ərazisində həyata keçirilən və yaxın illər üçün nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib.

Bildirilib ki, hazırda 500 hektar ərazini əhatə edən "Sea Breeze"də indiyədək 3 milyon kvadratmetrdən çox yaşayış və kommersiya təyinatlı daşınmaz əmlak istifadəyə verilib. Kompleksdə 500-dən artıq daşınmaz əmlak obyekti inşa olunub.

Hazırda kurort-şəhərdə təxminən 20 min nəfər yaşayır. Layihəyə əsasən, 2028-ci ilə qədər əhalinin sayının 50 mindən çox olması, layihənin tam başa çatmasından sonra isə burada 500 min sakinin yaşaması planlaşdırılır.

Kompleksdə istirahət zonaları, parklar və çimərliklər üçün 150 hektardan çox ərazi ayrılıb. Sakinlərin və qonaqların rahatlığı üçün məktəb, uşaq bağçası, xəstəxana və digər sosial infrastruktur yaradılıb. Həmçinin abadlıq işləri çərçivəsində 10 milyona yaxın bitki və ağac əkilərək yaşıllıq sahələrinin ümumi həcmi 300 hektara çatdırılıb.

Bakının mərkəzindən təxminən 30 dəqiqəlik məsafədə yerləşən "Sea Breeze" müxtəlif formatlı daşınmaz əmlak layihələrini bir araya gətirən və beynəlxalq miqyasda diqqət çəkən kurort-şəhər layihələrindən biri hesab olunur.

A

Oxşar Xəbərlər