SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

Tramp: ABŞ Hörmüz boğazının təhlükəsizliyini təmin edəcək

👤 📅 👁 6 baxış ⏱ 2 dəq oxuma
Tramp: ABŞ Hörmüz boğazının təhlükəsizliyini təmin edəcək

Xeberhub.com APA-ya istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının açıq qalacağını və onun təhlükəsizliyinin ABŞ tərəfindən təmin ediləcəyini bəyan edib.

Tramp "Truth Social" platformasında paylaşdığı açıqlamada bildirib ki, Hörmüz boğazı İranın mövqeyindən asılı olmayaraq açıq fəaliyyət göstərəcək. Onun sözlərinə görə, ABŞ "İran blokadası"nı yenidən tətbiq edir və bu məhdudiyyət yalnız İran gəmilərinə, eləcə də həmin ölkənin müştərilərinə şamil olunacaq. Digər dövlətlərin isə boğazdan maneəsiz və sərbəst istifadə edəcəyi qeyd olunub.

ABŞ Prezidenti vurğulayıb ki, bundan sonra Vaşinqton özünü "Hörmüz boğazının mühafizəçisi" hesab edəcək. O əlavə edib ki, təhlükəsizliyin təmin olunması üçün çəkilən xərclərin qarşılanması məqsədilə boğazdan daşınan bütün yüklərdən 20 faiz həcmində ödəniş alınması nəzərdə tutulur və bu mexanizmin yaradılmasına dərhal başlanacaq.

Oxşar Xəbərlər