SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

Zelenski Emmanuel Makronu "Azadlıq" dövlət ordeni ilə təltif edib

👤 📅 👁 7 baxış ⏱ 2 dəq oxuma
Zelenski Emmanuel Makronu "Azadlıq" dövlət ordeni ilə təltif edib

Report xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makronu "Azadlıq" dövlət ordeni ilə təltif edib.

Zelenski sosial şəbəkə hesablarında Parisdə Makronla keçirdiyi görüşün nəticələrini bölüşərək bildirib ki, Ukrayna ilə Fransa arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində Fransa liderinin şəxsi təşəbbüsləri mühüm rol oynayıb.

Onun sözlərinə görə, görüş zamanı tərəflər cəbhədəki son vəziyyəti, Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi ilə bağlı ehtiyaclarını, eləcə də raketdən müdafiə və istəklilər koalisiyalarının qarşıdakı iclasları öncəsi əsas məsələləri müzakirə ediblər.

Zelenski qeyd edib ki, ölkəsinin müdafiə potensialının artırılması, hava hücumundan müdafiə sisteminin gücləndirilməsi və Avropanın raketdən müdafiə imkanlarının inkişafı xüsusi əhəmiyyət daşıyır. O vurğulayıb ki, Fransa bu istiqamətdə mühüm texnologiyalara və imkanlara malikdir və müttəfiqlərlə birlikdə əməkdaşlıq davam etdiriləcək.

Oxşar Xəbərlər