Böyük Britaniyaya rekord sayda miqrant daşıyan qayıq çatıb
Böyük Britaniyaya La-Manş boğazı vasitəsilə keçən kiçik qayıqda rekord sayda miqrantın olduğu açıqlanıb.
Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın “Sky News”a istinadən yaydığı məlumata görə, qayıqda ümumilikdə 230 nəfər olub.
Bildirilib ki, bu, indiyədək bir qayıqla La-Manş boğazını keçərək Böyük Britaniyaya çatan miqrantların ən yüksək sayıdır.
Qeyd olunur ki, əvvəlki rekord bir qayıqda 165 nəfərin Böyük Britaniyaya çatması ilə qeydə alınıb. Həmin göstərici cəmi bir ay əvvəl müəyyənləşib.
Beləliklə, yeni göstərici əvvəlki rekordla müqayisədə 65 nəfər çoxdur.