SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İdman

“Qalatasaray” Lesli Uqoçukvunu İstanbula gətirir

👤 📅 👁 7 baxış ⏱ 1 dəq oxuma
“Qalatasaray” Lesli Uqoçukvunu İstanbula gətirir

QOL.az xəbər verir ki, “Qalatasaray” fransalı yarımmüdafiəçi Lesli Uqoçukvunun transferini tamamlamaq üçün futbolçunu İstanbula gətirir.

İstanbul təmsilçisi 22 yaşlı futbolçunun tibbi müayinədən keçmək və müqaviləyə imza atmaq məqsədilə Türkiyəyə yola düşdüyünü açıqlayıb.

Klubun sosial şəbəkələrdə yayımladığı videoda Uqoçukvu “Qalatasaray” azarkeşlərinə müraciət edərək “Salam, “Qalatasaray” ailəsi” ifadəsini səsləndirib.

Gənc futbolçunun bu gün saat 21:30-da İstanbula çatacağı gözlənilir. Uqoçukvunun son klubu İngiltərə təmsilçisi “Bernli” olub.

Oxşar Xəbərlər