SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İdman

Qurban Qurbanov: "Komandamız oyuna tam hazırdır"

👤 📅 👁 6 baxış ⏱ 2 dəq oxuma
Qurban Qurbanov: "Komandamız oyuna tam hazırdır"

Qurban Qurbanov: "Komandamız oyuna tam hazırdır"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının I təsnifat mərhələsində İslandiyanın "Vestri" komandasına qarşı keçiriləcək cavab oyunu öncəsi fikirlərini bölüşüb.

Təcrübəli mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında komandanın matça tam hazır olduğunu və rəqibi daha yaxından təhlil etdiklərini bildirib.

"Komandamız oyuna tam hazırdır. Rəqibi artıq daha yaxından tanıyırıq. Oyunu təhlil etmişik. Baxmayaraq ki, uzun yol qət etmişik, inanıram ki, futbolçularımız matça qədər özlərini tam hazır hiss edəcəklər. Hava soyuq olsa da, futbol üçün əlverişlidir. Heyətdə müəyyən dəyişiklik ola bilər", – deyə Qurban Qurbanov vurğulayıb.

Baş məşqçi uzun səfərə baxmayaraq futbolçuların fiziki və psixoloji baxımdan qarşılaşmaya hazır olacağına inandığını qeyd edib.

Xatırladaq ki, Bakıda keçirilən ilk oyunda "Qarabağ" İslandiya təmsilçisi "Vestri"ni 3:0 hesabı ilə məğlub edərək UEFA Avropa Liqasının növbəti mərhələsinə yüksəlmək üçün ciddi üstünlük əldə edib.

A

Oxşar Xəbərlər

Şərhlər (0)

Şərh yazın