Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın yaydığı məlumata görə, bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Azərbaycan təmsilçisi "Qarabağ" Bolqarıstanda "ÇSKA Sofiya" ilə üz-üzə gələcək.
Qarşılaşma Sofiyadakı Vasil Levski stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Komandalar arasında Bakıda keçirilən ilk görüşdə qalib müəyyənləşməyib və matç 0:0 hesablı heç-heçə ilə yekunlaşıb. Bu səbəbdən növbəti mərhələyə vəsiqənin taleyi məhz cavab oyununda həll olunacaq.
Bu cütün qalibi UEFA Avropa Liqasının III təsnifat mərhələsində "Şerif" (Moldova) – "Makkabi Təl-Əviv" (İsrail) cütünün qalibi ilə qarşılaşacaq.