SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Dünya

İngiltərənin yarısına yaxın ərazisi quraqlıq zonası elan olundu

👤 📅 👁 8 baxış ⏱ 2 dəq oxuma
İngiltərənin yarısına yaxın ərazisi quraqlıq zonası elan olundu
İngiltərənin yarısına yaxın ərazisi quraqlıq zonası elan edildi

Xeberhub.com xəbər verir ki, "The Guardian"ın yaydığı məlumata görə, İngiltərə ərazisinin təxminən yarısı rəsmi olaraq quraqlıq zonası elan edilib.

Məlumata əsasən, ölkədə uzun müddət davam edən yüksək temperatur və yağıntının normadan xeyli az olması su ehtiyatlarına ciddi təsir göstərib. Nəticədə yeddi regionda quraqlıq rejimi tətbiq olunub.

Quraqlıq zonası elan edilən ərazilər sırasına Şərqi İngiltərə, Hertfordşir və Böyük London, Temza vadisi, Hempşir və Uayt adası, Devon və Kornuoll, Uest-Midlends, həmçinin Dorset, Somerset, Uiltşir və Cənubi Qlosterşiri əhatə edən Uesseks bölgəsi daxildir.

Ətraf Mühitin Mühafizəsi Agentliyinin su resursları üzrə direktoru və Milli Quraqlıq Qrupunun rəhbəri Helen Ueykhem bildirib ki, isti və quraq hava şəraiti səbəbindən su istehlakı təbii bərpa sürətini üstələyir.

Onun sözlərinə görə, əhalinin sudan daha qənaətlə istifadə etməsi həm su ehtiyatlarının, həm də təbiət və kənd təsərrüfatının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Mütəxəssislər hesab edirlər ki, cari ilin iyul ayı meteoroloji müşahidələr tarixində qeydə alınan ən quraq iyullardan biri kimi yadda qala bilər.

A

Oxşar Xəbərlər