SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Dünya

Fransada isti hava faciəyə səbəb oldu: 142 nəfər suda boğuldu

👤 📅 👁 11 baxış ⏱ 2 dəq oxuma
Fransada isti hava faciəyə səbəb oldu: 142 nəfər suda boğuldu

Fransada müşahidə olunan anomal isti hava şəraiti son həftələrdə suda boğulma hallarının kəskin artmasına səbəb olub.

Xeberhub.com xəbər verir ki, BFMTV telekanalının yaydığı məlumata əsasən, Fransanın idman naziri Marina Ferrari bildirib ki, iyunun 19-dan bu günədək ölkədə 142 nəfər suda boğularaq həyatını itirib.

Nazirin sözlərinə görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 20 faiz çoxdur. O, ölüm hallarının artmasını ölkədə hökm sürən yüksək temperaturla əlaqələndirib. Bildirilib ki, isti hava səbəbindən daha çox insan sərinlənmək üçün çay, göl və digər su hövzələrinə üz tutur.

Məlumata görə, qeydə alınan ölüm hadisələrinin 55 faizi çimmək üçün nəzərdə tutulmayan və ya xilasedicilərin növbə çəkmədiyi ərazilərdə baş verib.

Marina Ferrari vətəndaşları su hövzələrində istirahət zamanı ehtiyatlı olmağa, yalnız təhlükəsiz və nəzarət olunan məkanlarda çimməyə, təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.

A

Oxşar Xəbərlər

Şərhlər (0)

Şərh yazın