SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Ana Səhifə

DÇ-2026 finalında fasilə 30 dəqiqəyə uzana bilər – FIFA-dan mübahisəli qərar

👤 📅 👁 10 baxış ⏱ 3 dəq oxuma
DÇ-2026 finalında fasilə 30 dəqiqəyə uzana bilər – FIFA-dan mübahisəli qərar

2026-cı il futbol üzrə dünya çempionatının finalında hissələrarası fasilənin ənənəvi vaxtdan xeyli uzun olması gözlənilir. Buna səbəb FIFA-nın ABŞ-də keçirilən "Super Bowl" formatına bənzər böyük musiqi şousu təşkil etmək planıdır.

Xeberhub.com xəbər verir ki, "The Telegraph" nəşrinin məlumatına görə, iyulun 19-da Nyu-Cersi ştatındakı "MetLife" stadionunda keçiriləcək final oyununun fasiləsində möhtəşəm "Halftime Show" təşkil olunacaq.

Məlumata əsasən, səhnədə Castin Biber, Madonna, Şakira və BTS qrupunun çıxış etməsi planlaşdırılır. Şounun yaradıcı rəhbərliyi isə Coldplay qrupunun solisti Kris Martinə həvalə olunub.

Final qarşılaşmasından əvvəl azarkeşlər üçün 90 dəqiqə davam edəcək bağlanış mərasimi də nəzərdə tutulub. Tədbirdə Tom Kruz, Laura Pauzini, Nikol Şerzinger, Robbi Uilyams və məşhur internet fenomeni IShowSpeedin iştirak edəcəyi bildirilir.

Böyük Britaniyanın BBC və ITV telekanalları artıq 30 dəqiqəlik hissələrarası fasiləyə uyğun yayım planı hazırlayır. Bildirilir ki, musiqi proqramının özü təxminən 11 dəqiqə davam etsə də, səhnənin qurulması və sökülməsi əlavə vaxt tələb etdiyindən fasilənin ümumi müddəti yarım saata qədər uzana bilər.

Qeyd edək ki, Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) oyun qaydalarına əsasən, hissələrarası fasilə 15 dəqiqədən artıq olmamalıdır. Hətta IFAB 2021-ci ildə CONMEBOL-un fasilənin 25 dəqiqəyə qədər artırılması ilə bağlı təklifini oyunçuların sağlamlığı və təhlükəsizliyi baxımından məqsədəuyğun hesab etməyərək rədd etmişdi.

Bununla belə, FIFA daha əvvəl də oxşar addım atıb. Belə ki, 2025-ci ildə Klublararası Dünya Çempionatının finalında Coldplay, Doja CatTemsin çıxışları səbəbindən fasilə 25 dəqiqəyə qədər uzadılmışdı. Eyni hal 2024-cü il Amerika Kubokunun finalında da yaşanmış, Şakiranın konserti səbəbindən fasilə təxminən 25 dəqiqə davam etmişdi.

Xatırladaq ki, 2026-cı il dünya çempionatının finalına vəsiqə qazanan ilk komanda Fransa millisini 2:0 hesabı ilə məğlub edən İspaniya yığması olub. İkinci finalçının adı isə İngiltərə – Argentina qarşılaşmasının nəticəsindən sonra müəyyənləşəcək.

A

Oxşar Xəbərlər

Şərhlər (0)

Şərh yazın