SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Ana Səhifə

Nikos Xristodulides: NATO-ya üzvlük Cənubi Kiprin əsas hədəflərindəndir

👤 📅 👁 7 baxış ⏱ 1 dəq oxuma
Nikos Xristodulides: NATO-ya üzvlük Cənubi Kiprin əsas hədəflərindəndir

Cənubi Kipr Prezidenti: NATO-ya üzvlük bizim məqsədimizdir

Cənubi Kipr Prezidenti Nikos Xristodulides ölkəsinin gələcəkdə NATO-ya üzv olmağı hədəflədiyini açıqlayıb.

O bildirib ki, NATO-ya qoşulmaq Cənubi Kiprin strateji məqsədlərindən biridir. Lakin hazırda bunun üçün lazımi siyasi şəraitin tam formalaşmadığını vurğulayıb.

"NATO-ya qoşulmaq bir məqsəddir, bu, bizim arzumuzdur. Sadəcə, marağımızı rəsmi şəkildə ifadə etdiyimiz zaman nəticənin müsbət olmasını istəyirik. Hələlik bunun üçün siyasi şərait formalaşmayıb", – deyə Xristodulides bildirib.

Prezidentin sözlərinə görə, Cənubi Kipr artıq üzvlük perspektivi üçün zəruri hazırlıq prosesinə başlayıb. Bu hazırlıq yalnız müraciət prosedurunu deyil, həm də inzibati, operativ və digər sahələrdə NATO standartlarına uyğunlaşmanı əhatə edir.

Xristodulides qeyd edib ki, ölkəsi gələcəkdə alyansa üzvlük üçün əlverişli siyasi mühit yarandıqda rəsmi addımlar atmağa hazır olmağı qarşısına məqsəd qoyub.

A

Oxşar Xəbərlər

Şərhlər (0)

Şərh yazın