Slovakiya Prezidenti Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri başa çatıb
İyulun 15-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri başa çatıb.
Heydər Əliyev Beynəlxalq Aeroportunda hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı məkanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Slovakiya Prezidenti Peter Pelleqrinini hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər yola salıblar.
Qeyd edək ki, rəsmi səfər çərçivəsində Azərbaycan və Slovakiya arasında ikitərəfli münasibətlər, iqtisadi əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.