SON DƏQİQƏ İmişlidə iki avtomobil toqquşdu: iki sərnişin xəsarət aldı
İqtisadiyyat

Azərbaycanda vergi borcları kəskin artdı

👤 📅 👁 9 baxış ⏱ 1 dəq oxuma
Azərbaycanda vergi borcları kəskin artdı

Azərbaycanda vergi borcları 4 milyard manatı ötüb

Bu il iyulun 1-nə Azərbaycanda vergi borclarının ümumi həcmi 4 milyard 50,4 milyon manata çatıb.

Xeberhub.com xəbər verir ki, Axar.az-ın yaydığı məlumata görə, bu barədə Maliyyə Nazirliyinin yarımillik hesabatında bildirilib.

Hesabata əsasən, vergi borcları cari ilin yanvarın 1-i ilə müqayisədə 741,6 milyon manat və ya 22,4 faiz artıb.

Sənəddə qeyd olunur ki, son bir il ərzində ölkədə vergi borclarının həcmi 556,7 milyon manat və ya 15,9 faiz yüksəlib.

Maliyyə Nazirliyinin hesabatında vergi borclarının dinamikası üzrə göstəricilər təqdim olunub.

A

Oxşar Xəbərlər