Xeberhub.com xəbər verir ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) yaydığı məlumata görə, fondun aktivlərinin həcmi 2026-cı il iyunun 30-na olan vəziyyətə 72 milyard 596 milyon ABŞ dolları (təxminən 123 milyard 414 milyon manat) təşkil edib.
Məlumata əsasən, ilin ilk altı ayı ərzində vəsaitlərin idarə olunmasından əldə edilən gəlirlər 3 milyard 577,9 milyon manat olub. Neft və qaz sazişləri üzrə karbohidrogenlərin satışından əldə olunan gəlirlər isə 4 milyard 953,4 milyon manat səviyyəsində qeydə alınıb.
Hesabat dövründə ARDNF tərəfindən dövlət büdcəsinə 6 milyard 449,7 milyon manat vəsait köçürülüb.
Fondun açıqladığı statistikaya görə, 2026-cı ilin əvvəlinə aktivlərin həcmi 73 milyard 542 milyon ABŞ dolları (125 milyard 21 milyon manat) təşkil etdiyi halda, iyunun 30-na bu göstərici 72 milyard 596 milyon ABŞ dollarına enib.
ARDNF-nin 2026-cı ilin yanvar–iyun aylarında ümumi gəlirləri 8 milyard 531,3 milyon manat olub. Bunun 4 milyard 953,4 milyon manatı neft-qaz gəlirlərinin, 3 milyard 577,9 milyon manatı isə investisiya və aktivlərin idarə olunmasından əldə edilən gəlirlərin payına düşüb.
Neft və qaz layihələrindən daxil olan gəlirlərin strukturunda mənfəət nefti və qazının satışından 4 milyard 947,6 milyon manat, bonus və tranzit ödənişlərindən 0,9 milyon manat, akrhesabı ödənişlərindən isə 4,9 milyon manat gəlir əldə edilib.
Hesabatda qeyd olunur ki, hesabat dövründə ARDNF-yə "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağından 4 milyard 374,9 milyon manat, "Şahdəniz" qaz-kondensat yatağından isə 437,1 milyon manat vəsait daxil olub.