Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, rezidenturanı başa vuran həkim-mütəxəssislərin iş yerinə təyinatı zamanı nəzərə alınan meyarların siyahısı genişləndirilib.
Bununla bağlı Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib.
Yeni qərara əsasən, həkim-mütəxəssislərin iş yerinə göndərilməsi və təyinatı zamanı onların ailə vəzifələri də qiymətləndiriləcək.
Hazırda qüvvədə olan qaydalara görə, təyinat barədə qərar qəbul edilərkən həkimin ailə vəziyyəti, daimi yaşayış yeri və rezidentura keçdiyi klinik bazanın işə yönləndirilməsi ilə bağlı tövsiyəsi əsas meyarlar kimi nəzərə alınır.
Qəbul edilən dəyişikliklə bu meyarların sırasına ailə vəzifələri də əlavə olunaraq təyinat prosesində daha geniş sosial amillərin nəzərə alınması təmin ediləcək.