SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

İran Dena Kararinin ölkəni tərk etməsinə icazə verdi

👤 📅 👁 4 baxış ⏱ 2 dəq oxuma
İran Dena Kararinin ölkəni tərk etməsinə icazə verdi

İran casusluqda ittiham olunan ABŞ vətəndaşı Dena Kararinin ölkəni tərk etməsinə icazə verdi

İran hökuməti casusluqda ittiham olunan ABŞ vətəndaşı Dena Kararinin ölkəni tərk etməsinə icazə verib.

XeberHub.com xəbər verir ki, bu barədə Kararinin vəkili Cared Qenser məlumat yayıb.

Vəkilin sözlərinə görə, 2024-cü ilin dekabr ayından etibarən uydurma ittihamlarla İranda saxlanılan və ölkədən çıxışına qadağa qoyulan Dena Karari artıq azaddır və ABŞ-yə qayıdıb.

"The New York Times" nəşrinin vəkilə istinadən yaydığı məlumata görə, Karari İranda casusluq və düşmən dövlətlə əməkdaşlıq ittihamı ilə üzləşmişdi. Bildirilir ki, o, həm ABŞ, həm də İran vətəndaşlığına malikdir.

ABŞ Prezidenti Donald Tramp da məsələ ilə bağlı açıqlama verərək bildirib ki, İran 2024-cü ildə saxlanılan ABŞ vətəndaşının ölkəni tərk etməsinə xoşməramlı addım olaraq icazə verib. O, qadının adını çəkməsə də, İran hökumətinə təşəkkür edib və həmin şəxsin hazırda təhlükəsiz yerdə olduğunu, vəziyyətinin yaxşı olduğunu vurğulayıb.

ABŞ prezidenti qeyd edib ki, Vaşinqton İranın bu addımını müsbət humanitar jest kimi qiymətləndirir.

A

Oxşar Xəbərlər