SON DƏQİQƏ Səbaildəki binada baş verən yanğın tam söndürüldü
İqtisadiyyat

İlham Əliyev Pakistan və Malayziyadakı səfirlərlə bağlı sərəncamlar imzaladı

👤 📅 👁 6 baxış ⏱ 1 dəq oxuma
İlham Əliyev Pakistan və Malayziyadakı səfirlərlə bağlı sərəncamlar imzaladı

Xeberhub.com xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanın Malayziya və Pakistan üzrə diplomatik nümayəndəliklərində kadr dəyişiklikləri ilə bağlı sərəncamlar imzalayıb.

Dövlət başçısının imzaladığı sərəncama əsasən, İrfan Şakir oğlu Davudov Azərbaycan Respublikasının Malayziyada, eyni zamanda Bruney-Darüssalamda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Digər sərəncamla Xəzər Nadir oğlu Fərhadov Azərbaycanın Pakistan İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Prezidentin imzaladığı növbəti sənədə əsasən, İrfan Davudov Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfir təyin edilib.

Bununla yanaşı, Xəzər Fərhadov Azərbaycan Respublikasının Malayziyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.

A

Oxşar Xəbərlər