Xeberhub.com xəbər verir ki, Oxu.az-ın yaydığı məlumata görə, ABŞ ordusunun İran-İraq sərhədində yerləşən Şələmçə sərhəd-keçid məntəqəsinə endirdiyi raket zərbəsi nəticəsində iki nəfər ölüb, 11 nəfər isə yaralanıb.
İran mətbuatında yayılan məlumata əsasən, hücum zamanı sərhəd-keçid məntəqəsində mülki şəxslər, o cümlədən zəvvarlar da olub.
Rəsmi qurumların bildirdiyinə görə, yaralanan şəxslərə hadisədən dərhal sonra tibbi yardım göstərilib. Onların vəziyyəti ilə bağlı əlavə məlumat açıqlanmayıb.
Məlumatda qeyd olunur ki, baş verən hücuma baxmayaraq, Şələmçə sərhəd-keçid məntəqəsi fəaliyyətini dayandırmayıb və keçid prosesi davam etdirilir.
Hadisə ilə bağlı əlavə araşdırmalar aparılır.