Xeberhub.com xəbər verir ki, Oxu.az-ın yaydığı məlumata görə, "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" publik hüquqi şəxsi Şuşa şəhərində yerləşən tarixi-memarlıq abidələrinin bərpa-konservasiya işlərinin satın alınması məqsədilə açıq tender elan edib.
Məlumata əsasən, tenderin ümumi dəyəri 2 milyon 461 min 587,40 manat təşkil edir.
Tender sənədlərinə görə, layihə çərçivəsində Şuşa şəhərində yerləşən altı memarlıq abidəsində bərpa-konservasiya işlərinin birinci mərhələsinin həyata keçirilməsi planlaşdırılır.
İşlərə Cahangir bəyin yaşayış evi də daxil olmaqla tarixi tikililərdə konservasiya tədbirləri, divarların möhkəmləndirilməsi, çatların inyeksiya üsulu ilə bərkidilməsi, daş və hörgü elementlərinin bərpası, polad boruların quraşdırılması, zondaj və digər mühəndis-bərpa işləri daxildir.
Layihənin əsas məqsədi Şuşanın tarixi-mədəni irsinin qorunması, memarlıq abidələrinin möhkəmləndirilməsi və gələcək nəsillər üçün etibarlı şəkildə saxlanılmasını təmin etməkdir.