SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

Əraqçı Aİ və BMT-ni Xəzərdəki hücuma reaksiya verməyə çağırdı

👤 📅 👁 11 baxış ⏱ 2 dəq oxuma
Əraqçı Aİ və BMT-ni Xəzərdəki hücuma reaksiya verməyə çağırdı

İranın xarici işlər naziri Abbas Əraqçı Xəzər dənizində İranın ticarət gəmisinə edilən hücumla bağlı Avropa İttifaqını və BMT-ni qəti mövqe nümayiş etdirməyə çağırıb.

XeberHub.com xəbər verir ki, IRNA agentliyinin yaydığı məlumata görə, bu məsələ Abbas Əraqçı ilə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas arasında baş tutan telefon danışığında müzakirə olunub.

Əraqçı hücuma görə məsuliyyət daşıyan şəxslərin və onlara dəstək verən tərəflərin cavabdehliyə cəlb edilməsinin vacibliyini vurğulayıb. O, həmçinin BMT Təhlükəsizlik Şurasını, Avropa İttifaqını və beynəlxalq ictimaiyyəti insidentə qətiyyətli reaksiya verməyə çağırıb.

Telefon danışığı zamanı tərəflər İran və ABŞ arasında baş vermiş hərbi əməliyyatlardan sonra Fars körfəzi və Hörmüz boğazında yaranmış vəziyyəti də müzakirə ediblər. Görüşdə regionda gərginliyin azaldılması üçün diplomatik səylərin əhəmiyyəti qeyd olunub.

Xatırladaq ki, İran ötən gün Ukrayna Silahlı Qüvvələrini Xəzər dənizində İranın ticarət gəmisinə hücum etməkdə ittiham edib. Tehranın açıqlamasına görə, hadisə nəticəsində bir nəfər həlak olub, daha bir nəfər yaralanıb.

İran Xarici İşlər Nazirliyi Kiyevi beynəlxalq hüququ pozmaqda və bölgədə gərginliyi artırmaqda günahlandırsa da, hücuma məruz qalan gəminin adı və insidentin digər detalları açıqlanmayıb. Hadisədən sonra Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb və ona rəsmi etiraz notası təqdim edilib.

A

Oxşar Xəbərlər