SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Dünya

Elbrus faciəsi: Yeddi alpinistdən beşi həyatını itirdi

👤 📅 👁 8 baxış ⏱ 2 dəq oxuma
Elbrus faciəsi: Yeddi alpinistdən beşi həyatını itirdi

Rusiyanın ən yüksək zirvəsi olan Elbrus dağında çətin vəziyyətdə qalan alpinistlərdən beş nəfər həyatını itirib.

XeberHub.com xəbər verir ki, "REN TV|Novosti"nin yaydığı məlumata görə, Elbrus zirvəsində köməksiz qalan yeddi alpinistin hamısının Bosniya və Herseqovina vətəndaşı olduğu müəyyən edilib.

Məlumata əsasən, hadisə nəticəsində beş alpinist ölüb, iki nəfər isə sağ qalıb. Sağ qalanlardan biri dağdan enərək xilasedicilərə xəbər verməyi bacarıb. Digər alpinistə isə axtarış-xilasetmə qrupu hadisə yerində ilkin yardım göstərib. Hazırda hər iki şəxs xəstəxanada müalicə alır.

Bildirilib ki, hadisə zamanı əvvəlcə iki alpinistin öldüyü açıqlansa da, sonradan həlak olanların sayının beşə yüksəldiyi təsdiqlənib. İlkin məlumata görə, faciə qrup üzvlərindən iki nəfərin səhhətinin qəfil pisləşməsindən sonra başlayıb.

Alpinistlərin göndərdiyi yardım siqnalından sonra Elbrus dağında genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı həyata keçirilib. Əməliyyata Rusiya Fövqəladə Hallar Nazirliyinin Elbrus Yüksək Dağlıq Axtarış-Xilasetmə Dəstəsinin əməkdaşları cəlb olunub.

A

Oxşar Xəbərlər