SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Dünya

ÜST xəbərdarlıq etdi: Avropada xərçəng hallarının sayı arta bilər

👤 📅 👁 5 baxış ⏱ 1 dəq oxuma
ÜST xəbərdarlıq etdi: Avropada xərçəng hallarının sayı arta bilər
Avropada xərçəng xəstəliklərinin sayında artım gözlənilir

Xeberhub.com xəbər verir ki, “RİA Novosti”nin məlumatına görə, 2050-ci ilə qədər Avropa regionunda yeni onkoloji xəstəlik hallarının sayı 2024-cü illə müqayisədə təxminən 27 faiz arta bilər.

Məlumata əsasən, bu proqnoz Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin (IARC) hesablamaları əsasında hazırlanıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiya nümayəndəliyindən bildirilib ki, onkoloji xəstəliklərin artımına əsas təsir edən amillərdən biri demoqrafik dəyişikliklərdir.

Qurum xüsusilə əhalinin yaşlanması prosesini əsas səbəblərdən biri kimi göstərib. Mütəxəssislərin fikrincə, yaşlı əhalinin sayının artması gələcək illərdə xərçəng xəstəliklərinin daha çox qeydə alınmasına səbəb ola bilər.


A

Oxşar Xəbərlər