SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Dünya

Barselona metrosunda qaz partlayışı: Səkkiz nəfər yaralandı

👤 📅 👁 7 baxış ⏱ 2 dəq oxuma
Barselona metrosunda qaz partlayışı: Səkkiz nəfər yaralandı

Xeberhub.com xəbər verir ki, "El País" nəşrinin yaydığı məlumata görə, İspaniyanın Barselona şəhərində yerləşən "Plasa-de-Sans" metro stansiyasında baş verən qaz partlayışı və sonrakı yanğın nəticəsində səkkiz nəfər xəsarət alıb.

Məlumata əsasən, hadisə L5 metro xəttində aparılan yenidənqurma və modernləşdirmə işləri zamanı baş verib. Bildirilir ki, işçilər ilkin mərhələdə ehtiyatsızlıq nəticəsində qaz borusunu zədələyiblər və bu səbəbdən qaz sızması yaranıb.

Nəşrin məlumatına görə, sonradan nasazlığı aradan qaldırmaq üçün görülən işlər zamanı partlayış baş verib və ardınca güclü yanğın başlayıb.

Xəsarət alanların hamısının təmir işlərində çalışan əməkdaşlar olduğu bildirilir. Onlardan ikisinin vəziyyəti ağır, daha iki nəfərin vəziyyəti orta ağır qiymətləndirilib və onlar "Val-d'Ebron" xəstəxanasına yerləşdiriliblər. Digər dörd yaralı isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə "Klinik" tibb mərkəzinə aparılıb.

Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər alovu nəzarət altına almağa müvəffəq olublar. Lakin qəza baş verən ərazidə qazın tam dayandırılmasına qədər davam edən sızma xilasetmə və təhlükəsizlik tədbirlərini çətinləşdirib.

Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

A

Oxşar Xəbərlər