SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Dünya

Əfqanıstanda sel fəlakəti: 40-dan çox ölən var

👤 📅 👁 4 baxış ⏱ 2 dəq oxuma
Əfqanıstanda sel fəlakəti: 40-dan çox ölən var

Xeberhub.com BMT-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Əfqanıstanın şərq bölgələrində güclü yağışların səbəb olduğu daşqın və sel fəlakəti nəticəsində 40-dan çox insan həyatını itirib.

Məlumata görə, təbii fəlakət zamanı onlarla şəxs müxtəlif dərəcəli xəsarətlər alıb, həmçinin itkin düşənlərin olduğu bildirilir.

Daşqınlar yaşayış evlərinə, ictimai binalara və ticarət obyektlərinə ciddi ziyan vurub. Hazırda fəlakətin vurduğu ziyanın miqyasının müəyyənləşdirilməsi istiqamətində qiymətləndirmə işləri davam etdirilir.

BMT-nin humanitar qurumları tərəfdaş təşkilatlarla birlikdə zərərçəkmiş əhalinin ehtiyaclarını qiymətləndirir və yardım tədbirlərini koordinasiya edir. İlkin mərhələdə sakinlərin müvəqqəti sığınacaq, ərzaq, tibbi xidmət, zəruri məişət vasitələri və psixososial dəstəklə təmin olunması planlaşdırılır.

Bildirilib ki, hadisə bölgələrinə səyyar tibbi briqadalar göndərilib, səhiyyə müəssisələri gücləndirilmiş iş rejiminə keçirilib. Eyni zamanda, dərman preparatları, müalicəvi qidalar və digər zəruri ləvazimatların çatdırılması həyata keçirilir.

BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi yerli qurumlarla birlikdə xilasetmə və yardım əməliyyatlarını davam etdirir. Lakin dağılmış yollar və mürəkkəb dağlıq relyef humanitar missiyaların işini çətinləşdirir.

A

Oxşar Xəbərlər